MEŞƏ
“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində bir gündə 111 111 ağac əkilib
Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il təşkil olunan ağacəkmə aksiyasına dəstək olaraq bu il də ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Abşeron yarımadasında və ölkənin meşə fondu torpaqlarında keçirilən aksiyalar zamanı bir gündə ümumilikdə 111 111 ədəd ağac əkilib.