Tam versiya
Ana səhifə MEŞƏ Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib
MEŞƏ

Cəlilabadda 70 ədəd "Şərq tuyası" ağacı əkilib


Cəlilabad rayonunda 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

Ekologiya.az-ın məlumatına görə, "Konstitusiya və Suverenlik İli" çərçivəsində rayon ərazisində yaşıllıqların bərpası və qorunması istiqamətində növbəti aksiya keçirilib.

Bu çərçivədə Cəlilabad şəhəri Heydər Əliyev prospektinin sağ və sol hissəsində əkilmiş yaşıllıq zolağına keçirilən baxış zamanı qurumuş ağaclar müəyyən edilərək çıxarılıb, həmçinin boş qalmış sahələr dəqiqləşdirilib.

Ətraf mühitin mühafizəsi və yaşıllıq örtüyünün artırılması məqsədilə həmin ərazilərdə 70 ədəd "Şərq tuyası" ağacı əkilib.

Paylaş:
Tam mətni oxu →