“Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyaları Bərdə və Beyləqan rayonlarında təşkil edilib.
IDEA İctimai Birliyinin könüllülərinin və ekokönüllülərin iştirakı ilə Bərdə rayonunda 600-dən çox Eldar şamı ağacı əkilib. Həmçinin Beyləqan rayonunda keçirilən aksiya zamanı 2 000-dən çox sərv və şam ağacı əkilib.
Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.