Tam versiya
Ana səhifə MEŞƏ Sabirabadda Zəfər Günü münasibətilə 10 min ədəd ağac əkilib
MEŞƏ

Sabirabadda Zəfər Günü münasibətilə 10 min ədəd ağac əkilib


Sabirabadda Zəfər Günü münasibətilə 10 min ədəd ağac əkilib.

Ekologiya.az-ın məlumatına görə, respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə-Horadiz maqistral avtomobil yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsinin yol kənarında, Sabirabad şəhərinin park və xiyabanlarında, şəhidlərin xatirəsinə ucaldılmış kompleks və bulaqların ətrafında müxtəlif növ ağaclar əkilib.

Aksiya çərçivəsində 10 min ədəd ölkəmizin iqlim şəraitinə uyğun dekorativ və meyvə ağacları əkilmiş və ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, əkilən ağacların 3 min ədədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilib, 7 min ədədi isə rayonun daxili hesabına alınıb ki, onlardan da min ədədi meyvə ağaclarıdır.
Paylaş:
Tam mətni oxu →