Tam versiya
Ana səhifə MEŞƏ Güclü külək Bakıda 37 ağacı sındırıb - FOTO
MEŞƏ

Güclü külək Bakıda 37 ağacı sındırıb - FOTO


Axşam saatlarından davam edən güclü külək nəticəsində Bakıda 37 ağac sınıb.

Bu barədə Ekologiya.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları götürərək ərazini təmizləyirlər.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.


Paylaş:
Tam mətni oxu →