Bu rayonlarda yaşıllıqların məhv edilməsi faktı aşkarlandı - DETX onları inzibati məsuliyyətə cəlb etdi
Ekologiya.az bildirir ki, araşdırma zamanı Göyçay şəhəri Vidadi Xəlilov küçəsində Göyçay şəhər sakini Mahir Həsənov tərəfindən 2 ədəd, Göyçay rayonu Potu kəndinin ərazisində yerləşən “Palma” kafesinin qarşısında həmin kənd sakini Ziyad Həsənli tərəfindən 1 ədəd, Samux rayonu Salahlı kəndinin ərazisində həmin kənd sakini Mustafa Mustafayev tərəfindən 3 ədəd, Goranboy rayonu Balakürd kəndinin ərazisində “Aypara-İnşaat” MMC tərəfindən 3 ədəd və Kür çayının Zərdab rayonu Pərvanlı kəndinin ərazisindən keçən hissəsində həmin kənd sakini İlqar Mollayev tərəfindən 1 ədəd ağacın kəsildiyi müəyyən edilib.