Tam versiya
Ana səhifə MEŞƏ Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb
MEŞƏ

Oğuzda təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb


Oğuz rayonunda ağacları qanunsuz kəsərək təbiətə 5 000 manatlıq ziyan vuran şəxs saxlanılıb.

Ekologiya.az-ın məlumatına görə, Oğuz rayonunun Sincan kəndi ərazisində 14 ədəd qızılağac və qovaq ağacının kəsilməsi, nəticədə təbiətə 5 000 manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 30 yaşlı kənd sakini Abdulhafiz Bəşirli saxlanılıb.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
Tam mətni oxu →