MEŞƏ
Bu gün meşə fondu torpaqlarında 24 mindən artıq ağac əkilib - Ramik Əşrəfov
Son günlər ölkədə hava şəraitinin əlverişli keçməsi bir sıra meşə fondu torpaqlarında ağacəkmə və meşəbərpa tədbirlərinin aparılmasına imkan verir.
Ekologiya.az-ın xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, bu gün növbəti ağacəkmə və meşəbərpa tədbirləri Lerik, Masallı, İmişli, Sabirabad, İsmayıllı, Qəbələ, Şəki, Ağdaş və Göygöl rayonlarının meşə fondu torpaqlarında keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun ağac tingləri əkilib.