Tam versiya
Ana səhifə MEŞƏ Yel çərşənbəsində 50 mindən çox ağac əkildi
MEŞƏ

Yel çərşənbəsində 50 mindən çox ağac əkildi


Novruz bayramının 3-cü çərşənbəsi olan Yel çərşənbəsində bir gündə 50 044 müxtəlif növ ağac tingi əkilib, 100 kiloqram toxum səpilib.


Bunu AZƏRTAC-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.


O qeyd edib ki, gün ərzində Quba, Şəki, Oğuz, Beyləqan, Ağcabədi, İmişli, Yevlax, Bərdə, Zərdab, Ağdaş, Göygöl, Goranboy, Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında ağacəkmə tədbirləri keçirilib, hər bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif ağac tingləri əkilib, toxumlar səpilib.


“Yaz əkin mövsümü başlayandan bu günədək ölkənin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 1 285 000 müxtəlif növ ağac tingi əkilib, 10 200 kiloqram toxum səpilib”, - deyib.

Paylaş:
Tam mətni oxu →