Tam versiya
Ana səhifə MEŞƏ Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min zeytun ağacı əkilib
MEŞƏ

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 10 min zeytun ağacı əkilib


Prezidenti İlham Əliyevin 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.


Ekologiya.az xəbər verir ki, növbəti ağacəkmə aksiyası şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri - Sumqayıt bulvarı ərazisində təşkil edilib. Tədbirdə şəhərin idarə, müəssisə, təşkilatları, ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhər rəhbərliyinin də qatıldığı aksiyası zamanı ərazidə 10 min zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Paylaş:
Tam mətni oxu →