Tam versiya
Ana səhifə MEŞƏ Nazir müavini: Son beş ildə Azərbaycanda meşə yanğınlarının sayında azalma müşahidə edilir
MEŞƏ

Nazir müavini: Son beş ildə Azərbaycanda meşə yanğınlarının sayında azalma müşahidə edilir


Son beş il ərzində ölkə üzrə meşə yanğınların sayına baxsaq, 2022-ci ili nəzərə almasaq, dinamika azalan istiqamətdə gedir.


Ekologiya.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Ağdamda keçirilən regional müşavirədə deyib.

"2022-ci ildə əsasən şimal rayonlarında baş verən və bəzən də idarəolunmaz vəziyyətə gəlib çatan meşə yanğınları bu sahədə hələ də boşluqların, problemlərin olduğunu göstərir. Məhz bu səbəbdən Baş nazir Əli Əsədovun tapşırığı ilə işçi qrup yaradıldı, müşavirə keçirildi və müvafiq Tədbirlər Planı hazırlandı. Keçən dövrdə yanğınlarla bağlı görülən tədbirlər nəticəsində yanğınların miqyası qənaətbəxş hesab edilir. Görülən işlər müsbət nəticəsini göstərir. Həmçinin texniki təminatın yaxşılaşdırılmasına da diqqət yetirilir. Son illərdə yanğın təhlükəsizliyinin təmin olunması və texniki vasitələrin alınmasına kifayət qədər büdcə ayrılır", - deyə V.Kərimov qeyd edib.


Son illərdə Qarabağ və Şərqi Zəngəzurda da yanğınlar baş verdiyini deyən nazir müavini bildirib: "Təəssüf ki, mina səbəbindən həmin yanğınların tez söndürülməsinə nail ola bilmədik. Bu da ekoloji terrordan əziyyət çəkən regionun təbiətinə böyük ziyanlar verdi. Bu cür yanğınların baş verməməsi və təkrar olunmaması üçün tədbirlər görülməsi vacibdir".

Paylaş:
Tam mətni oxu →