Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları bu rayonlarda ağacların qanunsuz kəsilməsi faktlarını aşkarlayıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82 ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsininmülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov, Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz kəsildiyi, təbiətə 114 650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.