Tam versiya
Ana səhifə MEŞƏ Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ağacların qanunsuz kəsənləri yaxaladı
MEŞƏ

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ağacların qanunsuz kəsənləri yaxaladı


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran və Samux rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.


Araşdırma zamanı Lənkəran rayonu Separadi  kənd Mədəniyyət evinin qarşısındakı yaşıllıq ərazidə kənd sakini Şahhəsən Əzimov tərəfindən 3 ağacın kəsildiyi, Samux rayonu Seyidlər kəndi ərazisində isə kənd sakini Əsəd Əsədov tərəfindən 4 kolun texnika vasitəsilə kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya.az

Paylaş:
Tam mətni oxu →