Tam versiya
Ana səhifə MEŞƏ Dünya Torpaq Günü ərəfəsində Abşeronda ağacəkmə aksiyası keçirilib
MEŞƏ

Dünya Torpaq Günü ərəfəsində Abşeronda ağacəkmə aksiyası keçirilib


5 dekabr Dünya Torpaq Günü  ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagird və müəllimlərinin, Humanist Pedaqogika Mərkəzinin üzvlərinin, Gənc İqlim Elçilərinin və ekokönüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

Ekologiya.az bildirir ki, Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 650 ədəd Eldar şamı və zeytun ağacları əkilib. 

Qeyd edək ki, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub və yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.

Xatırladaq ki, Dünya Torpaq Günü BMT tərəfindən 5 dekabr 2014 –cü il tarixində elan edilib. Bu il Dünya Torpaq Günü “Torpaq və su - həyat mənbəyidir” devizi altında qeyd edilir. Dayanıqlı inkişaf torpaq və su arasındakı qiymətli əlaqədən asılıdır.




Paylaş:
Tam mətni oxu →