Naxçıvanda “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası keçirilib
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ilk dəfə keçirilən “Tullantıları tingə dəyiş” aksiyası əhali arasında böyük maraqla qarşılanıb.
Ekologiya.az “Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Naxçıvan şəhərində yerləşən “Sizin Market”in qarşısında keçirilib.
Vətəndaşlar arasında yaşıllıqların artırılması və tullantıları çeşidləmə vərdişinin formalaşmasına yönəlmiş aksiya çərçivəsində ümumi tutumu 250 litr olan plastik, 60 litr şüşə və 40 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ağac tingi paylanılıb.
Aksiyalar Naxçıvan şəhərində və rayonlarda növbəti günlərdə də davam etdiriləcək.
Paylaş:
Tam mətni oxu →