Tam versiya
Ana səhifə MEŞƏ İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb - FOTO
MEŞƏ

İsmayıllıda vələs və fıstıq ağaclarını qanunsuz kəsən şəxslər saxlanılıb - FOTO


İmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.

Polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.

Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.




Paylaş:
Tam mətni oxu →