• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İmişlidə bu gün 600-ə yaxın ağac əkilib

    22

    okt

    İmişlidə bu gün 600-ə yaxın ağac əkilib

    2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı İmişli rayonunda silsilə tədbirlər davam etdirilir.

    Ekologiya.az-ın məlumatına görə, oktyabrın 21-də Hacıqabul – Bəhrəmtəpə – Mincivan magistral avtomobil yolunun 110-cu km-liyinin kənarında növbəti ağacəkmə aksiyası keçirilib.

    Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı, YAP İmişli rayon təşkilatının sədri, şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, MKTİB-nin əməkdaşları və rayon sakinləri iştirak ediblər.

    Həyata keçirilən aksiya zamanı avtomobil yolunun kənarında 600-ə yaxın şam ağacı əkilib, yeni əkilən tinglər suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.

    Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığın bərpası, ekoloji mühitin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir.

    Tarix : 22-10-2024, 09:50 | Oxunub: 1 464