Tam versiya
Ana səhifə MEŞƏ Oğuz meşəsində ağacları kəsən şəxslər barəsində tədbir görülüb
MEŞƏ

Oğuz meşəsində ağacları kəsən şəxslər barəsində tədbir görülüb


Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Filfilli kəndindəki meşə massivindən ağacları qanunsuz olaraq kəsən 2 nəfər müəyyən olunub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Paylaş:
Tam mətni oxu →