• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

    23

    noy

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Baku Steel Company” QSC-nin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib. 

    Ekologiya.az bildirir ki, 150 nəfərdən artıq nümayəndənin iştirak etdiyi aksiya zamanı ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. 

    Qeyd edək ki, ərazi damcılı suvarma sistemi ilə təchiz olunub və yaşıllıqların suvarılmasında qəsəbədə formalaşan tullantı sularının təmizlənməsindən əldə edilən texniki sulardan istifadə olunur.


    Tarix : 23-11-2024, 20:40 | Oxunub: 1 512