MEŞƏ
Dünya Torpaq Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub - FOTO
5 dekabr Dünya Torpaq Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ekologiya.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin və 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin iştirak etdiyi aksiyada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.