Bu gün Ağstafa və Tovuz rayonlarının meşə sahələrində, ümumilikdə 4 mindən çox ağac əkilib - FOTO
Bu gün Ağstafa və Tovuz rayonlarının meşə fondu torpaqlarında aparılan meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağstafa rayon icra hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak edib. Əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1500 ədəd Şərq çinarı əkilib. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.