Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir - FOTO
Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib.
Bunu Ekologiya.az-a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.