İlin sonuncu “Tullantıları tingə dəyiş” aksiyası keçirilib - FOTO
Cari ildə vətəndaşların böyük marağına səbəb olan “Tullantıları tingə dəyiş” ting paylama aksiyası növbəti dəfə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Araz" supermarketin qarşısında keçirilib.
Ekologiya.az-ın xəbərinə görə, aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 163 litr olan plastik, 102 litr şüşə və 25 ədəd işlənmiş batareya təhvil verilib, əvəzində isə ağac tingləri paylanılıb. Eyni zamanda, uşaqlara ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici kitablar hədiyyə olunub.
İl ərzində aksiyalarda fəal iştirak edərək yaşıllıqların sayının artırılmasına, tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olan hər kəsə təşəkkür edirik.
Aksiyalarımız növbəti ildə davam edəcək.
Paylaş:
Tam mətni oxu →