Tam versiya
Ana səhifə XƏBƏRLƏR Güclü külək Qaxda ictimai binaların, sahibkarlıq obyektlərinin və məktəblərin dam örtüklərini uçurub - FOTO
XƏBƏRLƏR

Güclü külək Qaxda ictimai binaların, sahibkarlıq obyektlərinin və məktəblərin dam örtüklərini uçurub - FOTO


Respublikamızın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti davam edir. Bir neçə gündür davam edən güclü külək Qax rayonu ərazisində də fəsadlara səbəb olub.

Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, güclü külək nəticəsində Qax şəhəri ərazisində park və küçələrdə 15-dək ağac aşıb, ictimai binaların və bəzi sahibkarlıq obyektlərinin dam örtüklərinə ziyan dəyib. Güclü külək Ağçay kənd ümumi orta və Qaşqaçay kənd tam orta məktəblərin, Qaxbaş kənd uşaq bağçasının dam örtüklərini zədələyib.

Hazırda küləyin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri işlər görülür.






Paylaş:
Tam mətni oxu →