Tam versiya
Ana səhifə XƏBƏRLƏR Bu tarixlərdə Bakıya sulu qar və qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
XƏBƏRLƏR

Bu tarixlərdə Bakıya sulu qar və qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ


Bu gün gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacaq.

Ekologiya.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Beləki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq, bəzi yollar buz bağlayacaq.

Paylaş:
Tam mətni oxu →