Ana səhifə›
XƏBƏRLƏR
›
Mingəçevir-Bəhrəmtəpə yolunda ağır qəza - ölən var
XƏBƏRLƏR
Mingəçevir-Bəhrəmtəpə yolunda ağır qəza - ölən var
Ekologiya
AMP
Yevlaxda ölümlə nəticələnən yol qəzası olub.Musavat.com xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu, Boşçalı kəndinin ərazisindən keçən 2-ci km-də baş verib.Əliyev Ziya Muradxan oğlu idarə etdiyi "Hyundai IX-35" markalı avtmobillə Ələkbərov Vidadi Əkbər oğlunun idarə etdiyi "VAZ-21214" markalı avtomobil toqquşub. Zərbənin təsirindən "VAZ-21214" əks yola çıxaraq, Qəribov İsmayıl Əli oğlunun idarə etdiyi "Mercedes Benz Axor" markalı avtomobillə toqquşub. Nəticədə sürücü Vidadi Ələkbərov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən xəstəxanada ölüb.Faktla bağlı cinayət işi başlanıb.