Şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərib - Vahid Fərzəliyev
Son günlər ölkə ərazisində müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərir.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, şaxtalı hava şəraitində ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdləri məhv olur, xəstəliktörədici göbələklərin inkişaf və artımı aşağı düşür.