Tam versiya
Ana səhifə XƏBƏRLƏR Ölkəyə gətirilən yeni "Toyota"lar yandı - FHN-dən açıqlama
XƏBƏRLƏR

Ölkəyə gətirilən yeni "Toyota"lar yandı - FHN-dən açıqlama


Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, ölkəyə idxal olunan yeni avtomobilləri daşıyan nəqliyyat vasitəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Siyəzən rayonunda (Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) "Mercedes" markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan 5 ədəd “Toyota" markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

Qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
Tam mətni oxu →