Tam versiya
Ana səhifə XƏBƏRLƏR Aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər saxlanılıb
XƏBƏRLƏR

Aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər saxlanılıb


Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar.

Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saxlanılanların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı, narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib.

R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

Paylaş:
Tam mətni oxu →