• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB

    05

    mar

    Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB

    Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.

    Musavat.com xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva faktı təsdiqləyib.

    Xidmətin rəsmisi bildirib ki, Novxanı sahilində suiti ölümünün qeydə alındığı əraziyə baxış keçirilib.

    "Suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb", - deyə A.Babyeva bildirib.

    Tarix : 5-03-2025, 21:32 | Oxunub: 2 144