Ana səhifə›
XƏBƏRLƏR
›
Yarasalarda yeni növ koronavirus AŞKARLANDI
XƏBƏRLƏR
Yarasalarda yeni növ koronavirus AŞKARLANDI
Ekologiya
AMP
Braziliyada alimlər yarasalarda MERS-CoV (Yaxın Şərq Tənəffüs Sindromu Koronavirusu) ilə oxşar xüsusiyyətlərə malik yeni növ koronavirus aşkar ediblər.Braziliyalı tədqiqatçılar Honq-Konq Universitetinin (HKU) alimləri ilə birgə 16 fərqli yarasa növündən 423 ağız və rektal tampon nümunəsi toplayaraq araşdırma aparıblar. Nəticədə, Braziliyanın şimal-şərqində yerləşən Fortaleza şəhərindən götürülən nümunələrdə yeni koronavirus növü müəyyən edilib.Mütəxəssislərin açıqlamalarına görə, bu virus insanlar və dəvələrdə rast gəlinən MERS-CoV ştammlarına oxşayır, lakin onun insanlara təsiri hələ dəqiq bilinmir. Yeni virusun gen ardıcıllığının MERS-CoV genomuna 72%, ev sahibi hüceyrələrə bağlanmaq üçün istifadə etdiyi zülalın isə 71,74% oxşar olduğu bildirilib.Alimlər yarasaların yeni virusların yayılmasında əsas rol oynadığını və bunun xalq sağlamlığı üçün potensial risk daşıdığını qeyd edirlər. Yeni virusun insanlara təsirini daha dəqiq müəyyən etmək üçün Honq-Konqdakı yüksək təhlükəsizlik laboratoriyalarında əlavə tədqiqatlar aparılacaq./Milli.Az