Ana səhifə›
XƏBƏRLƏR
›
Günəşdə güclü alışma baş verib
XƏBƏRLƏR
Günəşdə güclü alışma baş verib
Ekologiya
AMP
Martın 28-də Günəşdə ən güclü X sinfinin şiddətli alışması baş verib."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.“Martın 28-də Moskva vaxtı ilə saat 18:20-də (Bakı vaxtı ilə 19:20) rentgen diapazonunda (N05E81) 41 dəqiqə davam edən X1.1 alışması qeydə alınıb”.Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilin əvvəlində Günəş aktivliyinin əhəmiyyətli dərəcədə artdığını bildirib.