DETX-nin əməkdaşları sintetik torların su hövzələrindən yığılması həyata keçirib
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə təşkil olunan tədbirlər çərçivəsində sintetik torların su hövzələrindən yığılması həyata keçirilib.
Ekologiya.az bildirir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin Lənkəran şəhəri və Xaçmaz rayonunun inzibati ərazisindəki akvatoriyasından, Mingəçevir, Yenikənd su anbarlarından ümumilikdə 2080 metr uzunluğunda 30 ədəd sintetik tor aşkar edilərək götürülüb.
Paylaş:
Tam mətni oxu →