Tələbələr üçün Milli Hidrometeorologiya Xidmətində təlim və ekskursiya keçirilib
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri olan tələbələr üçün Milli Hidrometeorologiya Xidmətində təlim və ekskursiya təşkil edilib.
Tədbir zamanı Xidmətin əməkdaşları tərəfindən təqdimatlar və interaktiv sessiya vasitəsilə tələbələrə MHX-nin fəaliyyəti, görülən işlər və qurum tərəfindən həyata keçirilən layihələr barədə məlumat verilib.
Daha sonra tədbirin ekskursiya hissəsində tələbələrə Hidrometeorologiya muzeyində yer alan milli hidrometeorologiya tariximizi əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları və avadanlıqlar nümayiş etdirilərək barələrində məlumatlar verilib.