Tam versiya
Ana səhifə XƏBƏRLƏR DİN: Axtarışda olan 6 nəfər saxlanılıb, 38 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
XƏBƏRLƏR

DİN: Axtarışda olan 6 nəfər saxlanılıb, 38 kiloqramdan çox narkotik vasitə aşkarlanıb


Aprelin 11-də polis əməkdaşlarının cinayətkarlığa qarşı qətiyyətli mübarizə tədbirləri davam etdirilib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Bundan başqa, ümumi çəkisi 38,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.


Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqrama yaxın heroin, 36,7 kiloqramdan çox marixuana və metamfetamin olub.


Ötən gün, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 1 qumbara, 1 patron darağı və 42 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Paylaş:
Tam mətni oxu →