• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ərazilər Azərbaycana təhvil verilir

    14

    apr

    Bu ərazilər Azərbaycana təhvil verilir

    Ermənistan ordusu Azərbaycanla sərhədin Tavuş istiqamətindən geri çəkilir.

    Ekologiya.az  publika.az-a istinadən xəbər verir ki, “Hayekve” vətəndaş assosiasiyasının üzvü, siyasi ekspert Avetik Kerobyan orduya sərhəddən geri çəkilmək əmrinin verildiyini iddia edir.


    Onun iddiasına görə, Tavuşda hərbçilərə mövqelərindən enmək tapşırığı verilib.

    “Onlara deyilib ki, “bu əraziləri tərk edin”. Çünki həmin istiqamətdə sərhədin delimitasiyası aparılacaq və müəyyən ərazilər Azərbaycana təhvil veriləcək. Yaxın gələcəkdə Azərbaycan ordusunun Tavuş istiqamətində mövqelərinin irəliləyəcəyinin şahidi olacağıq”, – o bildirib.

    Tarix : 14-04-2025, 11:24 | Oxunub: 1 384