Ana səhifə›
XƏBƏRLƏR
›
Bulvarda bir nəfər dənizə düşüb - hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib
XƏBƏRLƏR
Bulvarda bir nəfər dənizə düşüb - hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib
Ekologiya
AMP
Bakı şəhəri, Dənizkənarı Milli Parkda bir nəfər dənizə düşüb.Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a bildirilib ki, hazırda hadisə yerinə dalğıc-axtarış qrupu cəlb edilib:"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizə düşməsi barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.Əlavə məlumat veriləcək".