Tam versiya
Ana səhifə XƏBƏRLƏR Daha bir vəzifəli şəxs yağış sularında ölüb
XƏBƏRLƏR

Daha bir vəzifəli şəxs yağış sularında ölüb


Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Sfera.az xəbər verir ki, aprelin 16-sı saat 16 radələrində rayonun Qaragüney kəndindəki “AzOil” yanacaqdoldurma məntəqəsinin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 1991-ci il təvəllüdlü Rusif Barat oğlu Qarayev hidroforu qoşarkən onu elektrik cərəyanı vurub.

 

Teleqraf.az-ın məlumatına görə, ölən şəxs yanacaqdoldurma məntəqəsinin müdiri imiş. O, məntəqəyə məxsus quyuda olan yağış sularını təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Mərhumun 2 azyaşlı övladı var.

 

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →