Tam versiya
Ana səhifə XƏBƏRLƏR Yardımlıda əməliyyat: SİLAHLI ŞƏXS SAXLANILDI - FOTO
XƏBƏRLƏR

Yardımlıda əməliyyat: SİLAHLI ŞƏXS SAXLANILDI - FOTO


Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah-sursat saxlamaqda şübhəli bilinən 44 yaşlı əvvəllər dəfələrlə məhkum olunmuş Rauf Ağarəşidov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, həmin şəxsdən "Makarov" markalı tapança, 4 ədəd patron və daraq aşkarlanıb.

Faktla bağlı cinayət işi bașlanılıb, R.Ağarəşidov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →