Kürdəxanıda leysan kabusu: Sakinlər iki gündür evlərində əsir qalıblar - FOTO
“Qəsəbədə kanalizasiya sistemi yoxdur. Buna görə də yağıntılardan sonra yollarda toplanan su axıdılmır. Təsəvvür edin ki, çölə çıxmaq istəyəndə yarıya qədər suya düşürük. Uşaqlarımız məktəbə gedə bilmirlər. Küçələrdə böyük və dərin gölməçələr yaranıb. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, problem hələ də həllini tapmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları sadəcə suyu bir ərazidən çəkib digərinə boşaltmağa çalışırlar. Kanalizasiya sistemi olsaydı, bu məsələ bir neçə saat ərzində həll edilə bilərdi. Yağışdan iki gün keçməsinə baxmayaraq, hələ də evlərimizdə əsir qalmışıq”, – deyə sakinlər bildiriblər.