Tam versiya
Ana səhifə XƏBƏRLƏR Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb
XƏBƏRLƏR

Qaya parçaları Quba-Xınalıq yolunu bağlayıb


Güclü qar yağması və qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən Quba-Xınalıq yolu bağlanıb.


Qubadakı 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda yolun açılması üçün əraziyə canlı qüvvə və ağır texnika cəlb olunub.

Təhlükəli vəziyyət yolun 36-cı kilometrliyindən sonra müşahidə olunur.

Paylaş:
Tam mətni oxu →