Tam versiya
Ana səhifə XƏBƏRLƏR Quba yolunda "Elantra" TIR-ın altına girib - Ölən var
XƏBƏRLƏR

Quba yolunda "Elantra" TIR-ın altına girib - Ölən var


Bakı-Quba yolunda qəza baş verib.

Musavat.com xəbər verir ki, hadisə yolun 29-cu kilometrliyində qeydə alınıb.

Fəzail Cəlilovun idarə etdiyi "Hyundai Elantra" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolun kənarında dayanmış Namiq Məhərrəmova məxsus "DAF" markalı yük avtomobilin qoşqusuna çırpılıb.

Nəticədə Fəzail Cəlilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →