Ana səhifə›
XƏBƏRLƏR
›
Ağstafada yük maşını aşıb, xəsarət alan var
XƏBƏRLƏR
Ağstafada yük maşını aşıb, xəsarət alan var
Ekologiya
AMP
Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.