Tam versiya
Ana səhifə XƏBƏRLƏR Salyanda kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb
XƏBƏRLƏR

Salyanda kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb


Salyan rayonunda kranın qırılan trosu ölümə səbəb olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlunun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin hadisə yerinə avtomobili qaldırmaq üçün gələn kranın trosu qırılıb və nəqliyyat vasitəsi sürücünün üzərinə düşüb. Nəticədə Quliyev Sədrəddin hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →