• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • DTX-dən xüsusi əməliyyat - Ölkəyə gətirildi

    21

    apr

    DTX-dən xüsusi əməliyyat - Ölkəyə gətirildi

    Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

    Ekologiya.az-ın məlumatına görə müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən 08.06.1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.

    DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq 15.04.2025-ci il tarixində ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilmişdir.

    Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Musavat.com

    Tarix : 21-04-2025, 13:06 | Oxunub: 1 656