Tam versiya
Ana səhifə XƏBƏRLƏR Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib
XƏBƏRLƏR

Cəlilabadda daş hasar aşıb, 8 yaşlı uşaq həyatını itirib


Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →