Tam versiya
Ana səhifə XƏBƏRLƏR Suraxanıda silah-sursat aşkarlandı
XƏBƏRLƏR

Suraxanıda silah-sursat aşkarlandı


Paytaxtın Suraxanı rayonunda silah-sursat aşkarlanıb.

Ekologiya.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 1 avtomat silahı və 30 patron tapılaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
Tam mətni oxu →