Lənkərançayda brakonyerlik edənlər saxlanılıblar
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar. Onlardan balıqovlama alətləri və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Tam mətni oxu →