Tam versiya
Ana səhifə XƏBƏRLƏR Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
XƏBƏRLƏR

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin xəbərinə görə, Azad Zeynalova məxsus “KİA” markalı avtomobil qarşıdan gələn Röyal Məmmədovun idarə etdiyi "Hova" markalı betonqarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.


Hadisə yerinə FHN-nin Kəlbəcər rayon yanğından mühafizə xidmətinin əməkdaşları gələrək sıxılı vəziyyətdə olan sürücünü aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →