Tam versiya
Ana səhifə XƏBƏRLƏR Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı
XƏBƏRLƏR

Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı


Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var.

Ekologiya.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.

Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.


Paylaş:
Tam mətni oxu →